Azersun Holding-ə bağlı olan AL Market MMC-də "Rəqəmsal marketinq mütəxəssisi" vakansiyası üzrə komandamıza yeni komanda yoldaşı axtarırıq.

 

Tələblər:

·       Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Rəqəmsal marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə).

·       Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəsi.

·       Meta Ads, Google Ads, GA4, Google Tag Manager, SEO, CRM sistemləri və sosial media platformaları üzrə praktiki biliklər

·       MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək, analitik hesabatların hazırlanması bacarığı.

·       Analitik düşünmə, layihələrin idarə olunması, büdcə planlaşdırılması, güclü ünsiyyət və komanda ilə işləmək bacarığı

 

Vəzifə öhdəlikləri:

        Şirkətin rəqəmsal marketinq strategiyasını hazırlamaq, sosial media, performans marketinqi, SEO və CRM fəaliyyətlərini brend strategiyası ilə uyğunlaşdırmaq.

        Rəqəmsal reklam kampaniyalarını (Meta Ads, Google Ads, TikTok Ads, YouTube Ads və s.) planlamaq, idarə etmək, optimallaşdırmaq və nəticələrini təhlil etmək.

        Kampaniya, məhsul, mağaza, employer branding və digər kommunikasiya istiqamətləri üzrə kontent strategiyasını və aylıq kontent planlarını hazırlamaq, aidiyyəti komandalarla koordinasiyanı təmin etmək.

        Sosial media hesablarının fəaliyyətini idarə etmək, video və digər rəqəmsal kontent layihələrinin hazırlanmasını, paylaşımını və performansını izləmək.

        Website, landing page və SEO fəaliyyətlərini koordinasiya etmək, məzmunun aktuallığını, istifadəçi təcrübəsini və axtarış sistemlərinə uyğunluğunu təmin etmək.

        CRM və loyallıq proqramları ilə inteqrasiyalı rəqəmsal kampaniyaların hazırlanmasına, remarketing auditoriyalarının yaradılmasına və müştəri kommunikasiya proseslərinə dəstək vermək.

        GA4, Google Tag Manager, Pixel, UTM və digər analitika alətlərindən istifadə etməklə kampaniyaların effektivliyini ölçmək, KPI-ləri izləmək və optimallaşdırma təklifləri hazırlamaq.

        Influencer və agentlik əməkdaşlıqlarını planlaşdırmaq, briflərin hazırlanmasını, çəkiliş və paylaşım proseslərinin koordinasiyasını təmin etmək.

        Rəqəmsal marketinq büdcəsini planlaşdırmaq, xərcləri nəzarətdə saxlamaq, həftəlik və aylıq performans hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim etmək

 

İş Qrafiki: Həftə içi 5 gün

İş yeri: Bakı şəh., AL Market MMC-nin Baş ofis

Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı

 Nahar şirkət tərəfindən təmin olunur

  Nəqliyyat dəstəyi mövcuddur

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Rəqəmsal marketinq mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.