Azersun Holding-ə bağlı olan AL Market MMC-də "Dizayner (qrafik və motion)" vakansiyası üzrə komandamıza yeni komanda yoldaşı axtarırıq.

 

Tələblər:

        Ali təhsil (Qrafik dizayn, Vizual kommunikasiya, Multimedia dizaynı və ya əlaqəli sahələr üzrə).

        Qrafik dizayn və ya motion dizayn sahəsində minimum 3 il iş təcrübəsi.

        CorelDRAW, Adobe Creative Suite (Photoshop, Illustrator, After Effects, Premiere Pro), Figma və AI əsaslı dizayn alətlərində sərbəst işləmək bacarığı.

        Motion dizayn, UI dizayn, çap materiallarının hazırlanması, qablaşdırma dizaynı və rəqəmsal vizual kommunikasiya üzrə peşəkar biliklər.

        Kreativ düşünmə, detallara diqqət, yüksək vizual zövq, komanda ilə işləmək və vaxtın effektiv idarə olunması bacarığı

 

Vəzifə öhdəlikləri:

        Brend standartlarına uyğun qrafik dizayn, motion qrafika və rəqəmsal kreativ materialları hazırlamaq və onların vahid vizual üslubunu təmin etmək.

        Kampaniya, məhsul, mağaza və korporativ kommunikasiya layihələri üçün poster, banner, POSM, kataloq, insert, outdoor və digər çap və rəqəmsal materialların dizaynını hazırlamaq.

        Sosial media platformaları üçün post, story, reels cover, banner, animasiya və digər statik və dinamik vizual məzmunları hazırlamaq və müxtəlif formatlara uyğunlaşdırmaq.

        Motion qrafiklər, intro, outro, animasiya, video elementləri hazırlamaq, zərurət olduqda video montajını həyata keçirmək və materialları rəqəmsal platformalara uyğun adaptasiya etmək.

        Website, landing page, mobil tətbiq və digər rəqəmsal interfeyslər üçün UI dizaynlarını hazırlamaq, istifadəçi təcrübəsi və vizual iyerarxiyanın optimallaşdırılmasını təmin etmək.

        Private Label məhsulları üçün qablaşdırma, etiket və mockup dizaynlarını hazırlamaq, çap fayllarını texniki tələblərə uyğun şəkildə təqdim etmək.

        AI alətlərindən istifadə etməklə vizual konseptlər, dizayn ideyaları və kreativ materiallar hazırlamaq, onları brend standartlarına uyğunlaşdırmaq.

        Çap şirkətləri və digər tərəfdaşlarla texniki koordinasiyanı həyata keçirmək, faylların ölçü, rəng, format və keyfiyyət tələblərinə uyğunluğunu yoxlamaq.

        Yeni dizayn trendlərini, motion texnologiyalarını və vizual kommunikasiya yanaşmalarını izləmək, innovativ həllər üzrə təkliflər vermək.

 

İş Qrafiki: Həftə içi 5 gün

İş yeri: Bakı şəh., AL Market MMC-nin Baş ofis

Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı

 Nahar şirkət tərəfindən təmin olunur

 Nəqliyyat dəstəyi mövcuddur

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində "Dizayner" qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.