AZERA Holding daxilində fəaliyyət göstərən Baku Medical Plaza Babək filialı komandamıza yaradıcı, dinamik və nəticəyönümlü Sosial Media və Marketinq Mütəxəssisi axtarır.
Əsas vəzifələr:
• Sosial media hesablarının gündəlik idarə olunması;
• Sosial media üçün aylıq və həftəlik kontent planlarının hazırlanması;
• Kreativ foto, video, Reels və digər vizual kontentlərin hazırlanmasının təşkili;
• Paylaşımlar üçün kreativ mətnlərin hazırlanması və redaktəsi;
• Instagram, Facebook, TikTok və digər platformalarda aktivliyin artırılması;
• Sosial media trendlərinin mütəmadi izlənilməsi və tətbiqi;
• Reklam kampaniyalarının hazırlanması və idarə olunmasında iştirak;
• Reklam nəticələrinin və auditoriya göstəricilərinin təhlili;
• Rəqiblərin sosial media və marketinq fəaliyyətinin monitorinqi;
• Filialın xidmətlərinin sosial media üzərindən effektiv tanıdılması;
• Kampaniya, aksiya və xüsusi günlər üçün kreativ ideyaların hazırlanması;
• Marketinq fəaliyyətləri üzrə hesabatların hazırlanması;
• Şirkətin korporativ üslubuna və kommunikasiya standartlarına uyğun kontentin hazırlanması.
Namizədə dair tələblər:
• Sosial media və marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
• SMM və rəqəmsal marketinq üzrə praktiki biliklər;
• Sosial media platformalarının iş prinsiplərini yaxşı bilməsi;
• Meta Business Suite və reklam alətləri ilə işləmə bacarığı üstünlükdür;
• Canva, CapCut və digər dizayn/video proqramları ilə işləmə bacarığı;
• Kreativ düşüncə və yeni ideyalar yaratmaq qabiliyyəti;
• Güclü kommunikasiya və yazılı nitq bacarığı;
• Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti;
• Rus dilini orta səviyyədə bilmək;
• İngilis dili arzuolunandır;
• Microsoft Office proqramları üzrə yaxşı istifadə bacarığı;
• Analitik düşüncə və nəticələri təhlil etmək bacarığı;
• Operativlik, məsuliyyətlilik və detallara diqqət;
• Komandada işləmək və bir neçə tapşırığı paralel idarə etmək bacarığı.
•
İş yeri: Baku Medical Plaza Babək filialı
Əməkhaqqı: 1000 AZN
Müraciət üçün CV-nizi [email protected] ünvanına göndərin.
Yaradıcı ideyalarınızı real nəticələrə çevirmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!