Vakansiya: Robototexnika Təlimçisi / Təlimçi Köməkçisi

 

Robototexnika sahəsində bilik və bacarıqlarınızı uşaqlarla bölüşmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik! Həm Robototexnika Təlimçisi, həm də Təlimçi Köməkçisi vəzifələri üzrə namizədlərin müraciətlərini qəbul edirik.

 

Tələblər:

 LEGO WeDo, LEGO SPIKE və Arduino platformaları üzrə bilik və bacarıqlara malik olmaq

Robototexnika sahəsində təcrübəyə malik olmaq (təlimçi köməkçisi vəzifəsi üçün ilkin təcrübə və ya bu sahəyə maraq üstünlük hesab olunur)

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq qabiliyyətinə malik olmaq

Uşaqlarla, xüsusilə kiçik yaş qrupları ilə işləməyi sevmək

Səbrli, mehriban, məsuliyyətli və gülərüz olmaq

Reklam

Həm həftə içi, həm də həftə sonu keçirilən dərslərin qrafikinə uyğunlaşa bilmək

Robototexnika dərslərinin keçirilməsi və ya təlimçi fəaliyyətinə dəstək göstərilməsi

Şagirdlərin dərs prosesində aktiv iştirakının təmin olunması

Uşaqlar üçün maraqlı və interaktiv tədris mühitinin yaradılmasına töhfə vermək

 

Əgər robototexnika sahəsində inkişaf etmək, uşaqların texnologiyaya olan marağını artırmaq və peşəkar komandanın bir üzvü olmaq istəyirsinizsə, başlığa vakansiyanın adını qeyd edərək [email protected] mail ünvanına cv-lərinizi göndərə bilərsiniz. Müraciətinizi gözləyirik!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.