“Bakı Metropoliteni” QSC olaraq peşəkar komandamıza qoşulmaq üçün SƏTƏMM Departamentinin Sağlamlıq, əməyin təhlükəsizliyi şöbəsinə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə aparıcı mütəxəssis axtarırıq!
Namizəd Sağlamlıq və əməyin təhlükəsizliyi (SƏT) sahəsində qanunvericilik tələblərinə uyğunluğun təmin edilməsi, risklərin idarə olunması və təhlükəsizlik proseslərinin koordinasiyasında iştirak edəcək.
Sizi hansı öhdəliklər gözləyir?
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik və sağlamlıq sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət etmək;
• İş yerlərində təhlükələrin müəyyən edilməsi və risk qiymətləndirilməsində iştirak etmək;
• Qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və hesabatlar hazırlamaq;
• İşçilər üçün SƏT üzrə təlimatlandırma və maarifləndirmə tədbirlərini təşkil etmək;
• İş sahələrində mütəmadi monitorinq və yoxlamalar aparmaq;
• Uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək;
• SƏT sənədlərinin, prosedurların və hesabatların hazırlanmasında iştirak etmək;
• Fövqəladə hallara hazırlıq tədbirlərinin təşkilində iştirak etmək;
• Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
• Aidiyyəti dövlət qurumları və daxili struktur bölmələri ilə koordinasiyanı təmin etmək.
Namizədlərdən tələblərimiz
• Ali təhsil (texniki və ya müvafiq sahə üzrə üstünlükdür);
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində minimum 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə normativ-hüquqi aktlarını bilmək;
• Risk qiymətləndirilməsi və hadisələrin araşdırılması üzrə biliklər;
• MS Office proqramlarında işləmə bacarığı;
• Analitik düşünmə və problem həll etmə bacarığı;
• Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
• Azərbaycan dilində sərbəst, ingilis dili biliyi üstünlükdür;
• Müvafiq sertifikatların olması üstünlük hesab olunur (NEBOSH, IOSH və s.).
Metropoliten Sizə nə təklif edir?
• Sabit və etibarlı iş mühiti;
• Peşəkar komandada inkişaf və karyera imkanları;
• Metropolitendən ödənişsiz istifadə imkanı;
• Güzəştli nahar təminatı;
• “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
• Psixoloji dəstək xidməti.
Müraciət üçün
Vakansiya ilə bağlı Bakı metropoliteninin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Son müraciət tarixi: 30 iyun 2026-cı il
Uğurlar!