ABV komandasına Kateqoriya üzrə kiçik mütəxəssis axtarılır

 

Kateqoriya: CCTV (Mobil və stasionar videomüşahidə həlləri)/ NON-CCTV (Audio-vizual, Domofoniya, Siqnalizasiya, Giriş-çıxışa nəzarət sistemləri)

 

Vəzifə haqqında:

Şirkətimiz CCTV istiqamətində (Mobil və stasionar videomüşahidə həlləri) və NON-CCTV (Audio-vizual, Domofoniya, Siqnalizasiya, Giriş-çıxışa nəzarət sistemləri) komandasını gücləndirmək üçün Kateqoriya üzrə kiçik mütəxəssis axtarışındadır. Bu vəzifə Kateqoriya Meneceri ilə sıx əməkdaşlıqda işləyəcək və kateqoriyanın gündəlik kommersiya əməliyyatlarının operativ idarə olunmasına cavabdeh olacaq.

 

Əsas vəzifə öhdəlikləri:

        Anbar ehtiyatlarının monitorinqi: Stok səviyyələrinin müntəzəm təhlili, defisit riski olan mövqelərin əvvəlcədən müəyyən edilməsi və Kateqoriya Menecerinə hesabat təqdim edilməsi

        Rəqiblərin fəaliyyətinin izlənməsi, qiymət və stok vəziyyətlərinin təhlil edilməsi, nəticələr üzrə kateqoriya menecerinə müvafiq hesabatların təqdim olunması

        Vendorlarla mütəmadi işin aparılması, stok vəziyyəti, sifariş statusları və məhsul mövcudluğu barədə məlumatların sorğulanması və aidiyyəti üzrə kateqoriya menecerinə təqdim edilməsi.

        Layihələr üzrə qiymət təklifləri: Daxil olan layihə sorğularına operativ cavab vermək — təchizatçılarla qiymət razılaşdırılması, rəqabətli kommersiya təkliflərinin hazırlanması və satış komandasına vaxtında təqdim edilməsi

        Satış və layihə komandaları ilə koordinasiya, sürətli və dəqiq məlumat axınının təmin edilməsi

        Promo materiallarının hazırlanması üçün marketinq şöbəsini məhsul məlumatları ilə vaxtında təmin edilməsi

 

Tələblər:

        Müvafiq sahədə (satış, satınalma, kateqoriya idarəetməsi və ya logistika) minimum 1 il iş təcrübəsi (üstünlük: təhlükəsizlik sistemləri, elektronika və ya texniki məhsullar sahəsində)

        MS Excel/Google Sheets üzrə işləmə bacarığı (SUMIF, COUNTIF, VLOOKUP/XLOOKUP, Pivot Table, müqayisəli analiz)

        Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət; ingilis dili biliyi üstünlükdür

        ERP və CRM sistemləri ilə işləmə təcrübəsi (“1C ERP” biliyi üstünlükdür)

        CCTV məhsul kateqoriyaları / NON-CCTV üzrə fundamental biliklərin mövcudluğu (Hikvision məhsulları üzrə biliklər üstünlük təşkil edir)

        Yüksək kommunikasiya bacarıqları. Mütəmadi olaraq dilerlər və inteqratorlarla birbaşa əlaqə

        Korporativ etikaya uyğun davranış – həm şifahi, həm də yazılı ünsiyyət bacarığı

        Mobil və aktiv iş rejimi (tərəfdaşlarla ofisdən kənar işgüzar görüşlər)

 

Təklif etdiyimiz imkanlar:

 

• Rəsmi işə qəbul

• 5 günlük iş rejimi: 09:00–18:00

• Böyük texnologiya brendləri ilə işləmək imkanı

• Peşəkar və inkişaf yönümlü komanda mühiti

 

Müraciət üçün:

 

CV-nizi mövzu hissəsində "Kateqoriya üzrə kiçik mütəxəssis" qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.