Tamstore MMC “Xəzinə əməliyyatları üzrə mühasib” vakansiyası elan edir:
Əsas vəzifə öhdəlikləri:
· Şirkətin bank hesabları üzrə gündəlik ödəniş əməliyyatlarının vaxtında və düzgün icra edilməsi;
· Yerli və xarici köçürmələrin hazırlanması və həyata keçirilməsi;
· Bank çıxarışlarının gündəlik yoxlanılması və mühasibat proqramında düzgün əks etdirilməsi;
· Bank hesabları üzrə qalıqların və dövriyyələrin gündəlik nəzarətdə saxlanılması;
· E-gov.az, E-taxes.gov.az və digər elektron dövlət portallarında əməliyyatların icra edilməsi;
· Banklarla yazışmaların aparılması, hesablar və bank məhsulları ilə bağlı məsələlərin koordinasiyası;
· Maliyyə sənədlərinin qanunvericiliyin və daxili prosedurların tələblərinə uyğun şəkildə arxivləşdirilməsi və saxlanılmasının təmin edilməsi;
· Rəhbərlik tərəfindən verilən tapşırıqların müəyyən edilmiş müddətlərdə və yüksək keyfiyyətlə yerinə yetirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
· Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
· Mühasibat uçotu proqramları ilə işləmək bacarığı;
· Analitik düşünmə və detallara diqqətlilik;
· Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
· Bank əməliyyatları və ya mühasibatlıq sahəsində minimum 6 ay iş təcrübəsi.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xəzinə əməliyyatları üzrə mühasib”yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.