Azin Technology MMC Satış Meneceri axtarır

 

Vakansiya: Satış Meneceri

İş yeri: Azin Technology MMC

Ünvan: Süleymansani Axundov 437e

Yaş həddi: 25-40

Əmək haqqı: 600 AZN (+ bonus)

 

Vəzifə öhdəlikləri:

Verilmiş layihə üzrə satış prosesini idarə etmək və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək

Potensial müştərilərlə görüşlər keçirmək, danışıqlar aparmaq və satış sövdələşmələrini nəticələndirmək

Satış strategiyasını hazırlamaq və həyata keçirmək

Yeni korporativ müştəriləri müəyyənləşdirmək, cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq

Mövcud müştəri portfelini idarə etmək, müştəri məmnuniyyətini qorumaq və satış həcmini artırmaq

Müştərilərin ehtiyaclarını təhlil etmək və uyğun kommersiya təklifləri hazırlamaq

Aylıq və illik satış planlarını hazırlamaq, müəyyən edilmiş satış göstəricilərinə nail olmaq

Məhsullar haqqında müştərilərə ətraflı məlumat vermək, ehtiyaclarına uyğun məhsul və həllər təklif etmək

Layihənin gedişatı, satış nəticələri və müştəri münasibətləri barədə mütəmadi hesabatlar hazırlamaq

Bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini təhlil edərək satış imkanlarını müəyyənləşdirmək

 

Tələblər:

Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)

Korporativ satış və müştəri münasibətlərinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi

Satış strategiyalarının hazırlanması və satış hədəflərinin icrası üzrə praktiki təcrübə

Korporativ müştərilərlə danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq və müqavilələr bağlamaq bacarığı

MS Office proqramlarında sərbəst işləmək bacarığı

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; rus və ya ingilis dilini bilmək üstünlükdür

ERP sistemləri ilə işləmək bacarığı arzuolunandır

Güclü ünsiyyət, təqdimat, danışıqlar və müştəri idarəetmə bacarıqları

Məsuliyyətli, təşəbbüskar, analitik düşüncəli və nəticəyönümlü olmaq

 

Müraciət qaydası:

CV-lərinizi mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə [email protected]  ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.