SAKRA komandasına SMM & Operations üzrə Junior mütəxəssis / təcrübəçi axtarır

(Tələbələr müraciət edə bilər)

 

SAKRA insanlara dəri baxımı üzrə məsləhət verən və onlara uyğun məhsulları tapmağa kömək edən skincare platformasıdır. Böyüyən startapımızda founder ilə birbaşa çalışacaq, həm yaradıcı, həm də operativ işlərdə dəstək olacaq komanda üzvü axtarırıq.

 

Vəzifələr:

• SMM üçün kontent təqviminin planlanması və postların hazırlanmasında dəstək

• Kontent ideyalarının təklif edilməsi, trend və rəqib monitorinqi

• Çəkilişlərin hazırlanmasında və keçirilməsində iştirak

• Vendor və partnyorlarla koordinasiya: əlaqə saxlamaq, nümunə istəmək, görüş təyin etmək, follow-up, eləcə də çatdırılma proseslərinin izlənməsi

• Instagram DM-lərdə satış və sifarişlə bağlı sualların cavablandırılması

 

Tələblər:

• Instagram və digər sosial şəbəkələri yaxşı bilmək

• Azərbaycan dilində səliqəli yazı bacarığı

• Ofis alətləri proqramları ilə ilkin səviyyədə işləmək bacarığı

• Canva, CapCut kimi alətlərlə işləmək bacarığı üstünlükdür

• Skincare və ya beauty sahəsinə maraq üstünlükdür

 

Bizim üçün önəmli keyfiyyətlər:

• Məsuliyyətlilik: götürdüyü işi vaxtında və sona qədər çatdırmaq

• Çeviklik: dəyişən prioritetlərə və təcili tapşırıqlara tez uyğunlaşmaq

• Kommunikativlik: partnyorlar, vendorlar və müştərilərlə rahat və nəzakətli ünsiyyət qurmaq

• Kreativ düşüncə, estetik zövq, detallara diqqət

• Yeniliyə açıqlıq və öyrənməyə həvəs

• Təşəbbüskarlıq: maraqlı ideya və imkanları görüb təklif etmək

• Startap dünyasına maraq

 

Təklif edirik:

• Onlayn iş, çevik qrafik

• Startapın ilk komandasının bir hissəsi olmaq və brendin qurulmasında real iz qoymaq

• Kreativ və kopiraytinq sahəsində təcrübəli founder-dən birbaşa öyrənmək və real təcrübə qazanmaq

• İdeyalarınızın dinlənildiyi və həyata keçirildiyi mühit

• Komanda böyüdükcə rolunuzun və məsuliyyətlərinizin genişlənməsi imkanı

 

Əmək haqqı razılaşma əsasında, iş yükü artdıqca artım imkanı.

 

Müraciət: CV (rezyume) və qısa motivasiya məktubunuzu [email protected]  ünvanına göndərin. Mövzu: "SMM & Operations".

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.