SƏTƏMM üzrə Təlimçi vakansiyası

(Xidməti müqavilə əsasında əməkdaşlıq)

 

Tədris fəaliyyətimiz üçün SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində peşəkar təlimçi ilə xidməti fəaliyyət əsasında əməkdaşlıq planlaşdırılır.

 

 Tələblər:

SƏTƏMM və ya müvafiq sahə üzrə ali təhsil (mütləqdir)

Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

Təlimçilik üzrə minimum 1 il praktik təcrübə

3-cü səviyyə hündürlükdə iş sertifikatı (mütləqdir)

Əməyin mühafizəsi üzrə normativ baza və təhlükəsizlik qaydaları üzrə biliklər

İngilis və rus dili bilikləri (üstünlükdür)

Yüksək təqdimat və kommunikasiya bacarığı

 Vəzifə öhdəlikləri:

SƏTƏMM mövzuları üzrə nəzəri və praktik təlimlərin keçirilməsi

Təlim proqramlarının hazırlanması və uyğunlaşdırılması

İştirakçıların biliklərinin qiymətləndirilməsi və hesabatlaşdırma

 

 Müsahibə formatı (Demo dərs)

Müsahibə demo dərs formatında keçiriləcək.

Namizəd 20 dəqiqəlik qısa təlim təqdim edəcək (mövzu əvvəlcədən təqdim olunacaq — məsələn, Hündürlükdə təhlükəsiz iş qaydaları və ya Risklərin qiymətləndirilməsi).

 

Qiymətləndirmə meyarları:

 Mövzunun strukturlaşdırılması

 Praktiki nümunələrin təqdimatı

 Normativ əsaslandırma

 Təlimçilik və təqdimat bacarığı

Bir təlim günü üçün ödəniş məbləği demo dərs nəticəsinə əsasən müəyyən ediləcək.

CV və müvafiq sertifikatların surətini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.