Xaricdə Təhsil üzrə Araşdırmacı Mütəxəssis vakansiyası

 

Təhsil sahəsində fəaliyyət göstərən komandamıza Xaricdə Təhsil üzrə Araşdırmacı Mütəxəssis vəzifəsi üzrə məsuliyyətli və araşdırma yönümlü əməkdaş axtarılır.

 

Vəzifə öhdəlikləri:

Xarici universitetlər və təhsil proqramları üzrə sistemli araşdırmaların aparılması;

Qəbul şərtləri, təqaüd imkanları və tələb olunan sənədlərin toplanması və təhlili;

Universitetlərlə elektron poçt və digər rəsmi kanallar vasitəsilə yazışmaların həyata keçirilməsi;

Məlumat bazasının mütəmadi yenilənməsi və sistemləşdirilməsi;

Konsultasiya komandası üçün aktual və dəqiq məlumatların hazırlanması.

 

Tələblər:

Ali təhsil;

İngilis dili biliyi – minimum C1 səviyyəsində (rus dili biliyi üstünlükdür);

MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;

Yüksək araşdırma və analitik düşünmə qabiliyyəti;

Komanda ilə işləmək bacarığı;

Məsuliyyətlilik, diqqətlilik və peşəkar yanaşma.

 

Biz təklif edirik:

Yüksək və rəqabətədavamlı əməkhaqqı;

Peşəkar və dinamik komandada çalışma imkanı;

Beynəlxalq təhsil sahəsində inkişaf perspektivi;

Stabil və komfortlu iş mühiti;

Karyera yüksəlişi imkanı.

 

CV-lərinizi - Xaricdə Təhsil üzrə Araşdırmacı Mütəxəssis başlığı ilə [email protected] ünvanına göndərin.

İş yeri: Koroğlu metrosunun yaxınlığı

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.