STEP IT Akademiyada Karyera mərkəzinə təcrübəçi vakansiyası aktivdir.
Öhdəliklər:
-Tələbə və məzunların karyera inkişafı prosesinə dəstək göstərmək;
-Seminar, workshop, karyera konsultasiyaları və digər tədbirlərin təşkili və koordinasiyasında iştirak etmək
-Məzun bazasının idarə olunması, məzunların karyera statusunun izlənilməsində dəstək göstərmək
-Vakansiyaların paylaşılması və namizədlərin uyğun vakansiyalara yönləndirilməsində iştirak etmək
Tələblər:
-Ali təhsilli (yeni məzun olmuş gənclərə üstünlük veriləcək);
-Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
-Rus dili və/və ya ingilis dili biliyi üstünlükdür;
-Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
-Google Workspace alətləri ilə işləmək bacarığı üstünlükdür;
-LinkedIn və digər peşəkar platformalar haqqında baza biliyi;
-Ünsiyyət, təqdimat və təşkilatçılıq bacarığı;
-Məsuliyyətli, təşəbbüskar, operativ və öyrənməyə açıq olmaq;
-Komandada işləmək bacarığı.
Təcrübə proqramı ödənişlidir.(Maaşlıdır)
İş qrafiki: 5 günlük 10:00-18:00
Müraciət etmək istəyən namizədlər CV-ni 12.08.2026-cı il tarixinədək [email protected] email ünvanına göndərə bilər.

