Vakansiya: Təsisçi köməkçisi

VMF Natural Frequencies şirkəti komandasına qoşulacaq dinamik və məsuliyyətli Təsisçi köməkçisi axtarır!

 İş yeri: Bakı, Qobu qəsəbəsi

 İş qrafiki: Tam iş günü

 Əmək haqqı: Müsahibə əsasında

 Vəzifə haqqında:

Təsisçinin gündəlik iş fəaliyyətinin təşkilati və inzibati baxımdan koordinasiya edilməsi, bütün sənəd və proseslərin effektiv idarə olunması, məlumat axınının dəqiq və vaxtında təmin edilməsi.

 Əsas öhdəliklər:

Təsisçinin gündəlik iş qrafikinin və görüşlərinin planlaşdırılması və koordinasiyası.

Şirkətin sənədlərinin hazırlanması, sistemləşdirilməsi və arxivləşdirilməsi.

Daxili və xarici yazışmaların, məktubların və sənədlərin nəzarətdə saxlanılması.

Müxtəlif şöbələr və struktur bölmələri arasında əlaqələndirmənin təmin edilməsi.

Rəhbərliyin tapşırıqlarının vaxtında icrasına nəzarət və koordinasiya.

İclasların, görüşlərin və səfərlərin təşkilində dəstək göstərilməsi.

Təsisçinin verdiyi digər tapşırıqların operativ şəkildə icra olunması.

Reklam

 Namizədə verilən tələblər:

Ali təhsil.

Təşkilatçılıq və koordinasiya bacarığı.

Sənədləşmə və inzibati işlər üzrə təcrübə.

MS Office proqramlarında sərbəst işləmə bacarığı.

Məsuliyyətli, operativ və diqqətli olmaq.

Güclü ünsiyyət və problem həll etmə bacarığı.

Məxfi məlumatlarla işləmə və onların qorunması prinsiplərinə ciddi riayət etmək.

Bənzər vəzifədə iş təcrübəsi arzuolunandır.

 Müraciət qaydası:

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 Qeyd: Mövzu hissəsində "Təsisçi köməkçisi" qeyd olunması mütləqdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.