Təcrübəçi/Assistent vakansiyası

 

Şirkət: Grand Motors Company

Vəzifə:Təcrübəçi/Assistent

 

Namizədə olan tələblər:

- Ali təhsil (texniki arzu olunandır);

- Sahə üzrə minimal təcrübə;

- Kompüter bilikləri: MS Word, Excel, PowerPoint, 1C biliyi üstünlükdür

- Dil bilikləri: Azərbaycan dili biliyi, yüksək səviyyədə İngilis dili biliyi;

 

İş öhdəlikləri:

- Yeni satılmış texnikanın istehsalçı rəsmi saytında qeydiyyatını aparmaq;

- Təchizatçılarla birlikdə texniki nasazlıqların zəmanət şərtlərinə uyğunluğunu müəyyənləşdirmək və məlumat ötürmək;

- Lazımi sənədləri hazırlayıb aidiyyəti şəxslərə təqdim etmək;

- İstehsalçının təkmilləşdirmə proqramlarının icrasına dəstək vermək;

- Müştəriləri texniki qulluq və istismar qaydaları ilə tanış etmək;

- Sahədə müştərilərə texniki dəstək göstərmək;

- Zəmanətli təmir aktlarının vəziyyətinə nəzarət etmək;

- Zəmanətlə dəyişdirilmiş ehtiyat hissələrinin inventarizasiyası və saxlanmasını təmin etmək;

 

Şərtlərimiz:

- Peşəkar və dəstəkləyici iş mühiti

- Maraqlı və dinamik layihələrdə iştirak imkanı

- İş saatları: 08:30 - 17:30

- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz)

- Servis xidməti (20 m/st, Gənclik m/st və Sumqayıt ş.);

- Nahar şirkət tərəfindən təmin olunur

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təcrübəçi/Assistent" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.