İnsan resursları komandamızı gücləndirmək məqsədilə Əməkhaqqı hesablanması üzrə mütəxəssis (Payroll Specialist) vakansiyasını elan edirik.
Əgər sən:
dəqiqliyi və məsuliyyəti işinin əsas prinsipi hesab edirsənsə
əməkhaqqı hesablanması, qanunvericilik və hesabatlıq sahəsində özünə güvənirsənsə
etibarlı və peşəkar komandanın bir hissəsi olmaq istəyirsənsə
— biz səni gözləyirik.
Vəzifə öhdəlikləri:
· Şirkət üzrə aylıq əməkhaqqının tam və düzgün tarifli və sabit əməkhaqqı sistemlərinin idarə olunması;
· Bonus, mükafat, əlavə iş saatı, gecə saatı və bayram günləri üzrə ödənişlərin hesablanması;
· Məzuniyyət (əmək, ödənişsiz, analıq və s.), ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması;
· Son haqq-hesabın (işdən çıxma zamanı) düzgün aparılması;
· Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaların düzgün hesablanması;
· Müvafiq dövlət orqanlarına aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi;
· İcra sənədləri (aliment, kredit və s.) üzrə tutulmaların aparılması;
· İş vaxtının uçotu tabelinin yoxlanılması və əməkhaqqına inteqrasiyası;
· Ştat cədvəli və əmək haqqı fondunun nəzarətdə saxlanılması;
· Aylıq payroll reyestrlərinin və əməkhaqqı hesabatların hazırlanması;
· Audit sorğularına və daxili yoxlamalara operativ məlumat təqdim edilməsi;
· Məxfi məlumatların qorunmasının təmin edilməsi;
· HR və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
· Əmək qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
Namizədə tələblər:
· Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə);
· Payroll sahəsində minimum 2-3 il iş təcrübəsi;
· Azərbaycan Respublikasının Əmək Məcəlləsi və vergi qanunvericiliyi üzrə güclü biliklər;
· Sosial sığorta və xidmət haqları qanunvericiliyi, əməkhaqqı uçotunun metodologiyası;
· Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
· Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
· Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
· 1C 8.3 proqramında işləmək bacarığı mütləqdir;
· Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;
· Məxfilik prinsiplərinə riayət etmə;
· Komandada işləmə bacarığı;
· 21-35 yaş arası namizədlər.
İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
Əmək haqqı: 1500 - 2000 AZN
İş yeri: Melissa Group (Baş ofis)
CV-lərinizi [email protected] ünvanına "Əməkhaqqı hesablaması üzrə mütəxəssis (Payroll)" başlığı ilə göndərməyiniz xahiş olunur. Yalnız vəzifə üzrə işləyən və təcrübəsi olan namizədlərlə əlaqə saxlanılacaq.