Pakistan Mühəndislik və Tətbiqi Elmlər İnstitutunda təqaüdlə təhsil imkanı

 

Pakistan Mühəndislik və Tətbiqi Elmlər İnstitutu 2026–2027-ci akademik ili üzrə xarici qadın tələbələr üçün təqaüd proqramı elan edir.

 

Proqram çərçivəsində namizədlərə magistratura və doktorantura səviyyələri üzrə nüvə mühəndisliyi, tibb, fizika, nüvə təbabəti, radiasiya elmləri, tibbi onkologiya və radiasiya fizikası ixtisaslarında təhsil almaq imkanı yaradılır. Təqaüd qeyd olunan sahələr üzrə ixtisaslaşmaq və beynəlxalq akademik mühitdə elmi fəaliyyət göstərmək istəyən qadın tədqiqatçılar üçün nəzərdə tutulub.

 

Proqrama müraciət üçün son tarix 30 aprel 2026-cı il müəyyən edilib. Təqaüd proqramının şərtləri, qəbul tələbləri və sənədləşmə prosesi barədə ətraflı məlumatla rəsmi elan vasitəsilə tanış olmaq mümkündür.

 

Elan

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.