“Uşaq inkişafı: Erkən müdaxilə və dəstək strategiyaları” onlayn kursu
Sosial İş Məktəbi (SİM) “Uşaq inkişafı: Erkən müdaxilə və dəstək strategiyaları” onlayn kursuna qeydiyyatın başladığını elan edir.

Kursun modullarına daxildir:
- İnkişaf mərhələlərini və ehtiyacları daha düzgün anlama
- Erkən müdaxilə yanaşmalarını praktik tətbiq etmə
- Risk əlamətlərini vaxtında tanıma
- Yaşa uyğun ünsiyyət və travma-həssas yanaşma
- Ailə-mərkəzli dəstək planı və xidmətlərə yönləndirmə
Təlimçi: Ülviyyə Mirzəyeva
Uşaq inkişafı üzrə mütəxəssis və həkim, sosial iş üzrə doktorantdır. Uşaq inkişafı və reabilitasiya sahəsində 25 illik, təlimçi kimi 20 illik təcrübəyə malikdir. İki metodik kitabın həmmüəllifi, 6 elmi məqalənin müəllifidir.
Kimlər üçün nəzərdə tutulub?
Uşaqlarla işləyən mütəxəssislər, sosial işçilər, sosial xidmət sahəsində çalışan şəxslər və valideynlər.
İştirak ödənişlidir.
Qeydiyyat üçün əlaqə vasitəsi : +994 51 718 25 74