Cybernet komandası böyüyür!

 

Hazırda komandamıza Təlim, inkişaf və daxili kommunikasiyalar üzrə menecer axtarırıq.

Bizə yalnız tədbir təşkil edən və ya elan paylaşan deyil,

şirkət daxilində ünsiyyəti gücləndirən, əməkdaş təcrübəsini yaxşılaşdıran, korporativ mədəniyyətin formalaşmasına töhfə verən bir həmkar lazımdır.

 

Bu rolda siz:

▪️ daxili kommunikasiya və əməkdaşlara yönəlik məzmunların hazırlanmasına;

▪️ yeni əməkdaşların onboarding və adaptasiya prosesinə;

▪️ təlim və inkişaf təşəbbüslərinin koordinasiyasına;

▪️ LMS platformasında təlim proseslərinin izlənilməsinə;

▪️ korporativ dəyərlərin və daxili işəgötürən brendinin inkişafına;

▪️ teambuilding, daxili tədbirlər və əməkdaş bağlılığını artıran aktivliklərə dəstək verəcəksiniz.

 

Əgər siz:

 insanlarla işləməyi sevirsinizsə,

 yaxşı mətn və məzmun hazırlamaq bacarığınız varsa,

 təşkilatçılıq sizə yaxındırsa,

 öyrənmə, inkişaf və güclü korporativ mühit qurmaq mövzuları sizi həqiqətən maraqlandırırsa —sizi tanımaqdan məmnun olarıq.

 

 İş yeri: Bakı, ofis

 Vəzifə: Təlim, inkişaf və daxili kommunikasiyalar üzrə menecer

 

Tələblərə cavab verən namizədlərdən CV formasını e-mail vasitəsilə mövzu yerinə “Təlim, inkişaf və daxili kommunikasiyalar üzrə menecer” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.