Yay Təcrübə Proqramı – İnsan Resursları üzrə Təcrübəçi
Mazarina Trade MMC İnsan Resursları sahəsində inkişaf etmək istəyən gənclər üçün Ödənişli Yay Təcrübə Proqramına müraciət qəbulunu elan edir.
Bu proqram çərçivəsində iştirakçılar İnsan Resursları sahəsinin gündəlik iş prinsipləri ilə yaxından tanış olacaq, real iş mühitində HR proseslərini müşahidə edərək praktiki təcrübə qazanacaqlar. Təcrübə müddəti ərzində namizədlər komanda ilə birlikdə çalışaraq müxtəlif HR proseslərində iştirak edəcək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
Təcrübə müddəti:
3 aylıq proqram
Əsas vəzifələr:
Müsahibələrin təşkili prosesində iştirak
İşçi məlumatlarının sistemləşdirilməsi
HR sənədləşmə işlərində dəstək
Gündəlik HR fəaliyyətlərinə dəstək
Vakansiyaların paylaşılması prosesində iştirak
Daxili kommunikasiya və tədbirlərdə iştirak
Tələblər:
İnsan Resursları, Biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə təhsil alan və ya yeni məzun namizədlər
HR sahəsinə maraq və inkişaf istəyi
MS Office proqramlarından istifadə bacarığı
Ünsiyyət və komanda ilə işləmə bacarığı
Məsuliyyətli və öyrənməyə açıq olmaq
İnsan Resursları sahəsində ilkin təcrübənin olması üstünlükdür
Biz nə təklif edirik?
Ödənişli (Maaşlı) təcrübə proqramında iştirak
Praktiki təcrübə qazanmaq imkanı
Peşəkar komandada inkişaf mühiti
Real HR proseslərində iştirak
Proqramı müvəffəqiyyətlə bitirən namizədlərlə əməkdaşlıq
Müraciət üçün: "İnsan resursları üzrə təcrübəçi" başlığı ilə
[email protected] mailinə CV-nizi yönləndirə bilərsiniz.