Azera Holding -in daxilində fəaliyyət göstərən Kraun Ko-R MMC nin Texnika park struktur bölməsinə “Texniki işlər üzrə icraçı direktor” vəzifəsi üzrə namizəd axtarırıq.
Vəzifə öhdəlikləri:
• Texnika parkında əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək
• Texnika parkının effektiv idarə olunmasını və texnikanın təhlükəsiz istifadəsini təşkil etmək
• Texnikaların (traktor, kombayn, yük maşınları və s.) iş qabiliyyətinə daimi nəzarət etmək
• Texnika parkının strukturunu və işçi heyətinin fəaliyyətini planlaşdırmaq və nəzarətdə saxlamaq
• Texnikalara profilaktik baxış, cari və əsaslı təmir işlərinin vaxtında və keyfiyyətlə icrasını təmin etmək
• Yanacaq, yağ, ehtiyat hissələri və digər texniki təminatın düzgün uçotunu və istifadəsini təşkil etmək
• İş rejimini optimallaşdırmaq, texniki itkilərin və dayanma vaxtlarının qarşısını almaq
• Rəhbərliyə texnika parkının inkişafı və modernləşdirilməsi ilə bağlı təkliflər vermək
• İşçi heyətinin təlim və peşəkar inkişaf proseslərini təşkil etmək
• Gündəlik, aylıq və illik hesabatların hazırlanmasını təmin etmək
Biznes məqsədləri üçün texnikaların istifadəsi bacarığının olması.
Namizədə tələblər:
• Təhsil: Ali təhsil
• İş təcrübəsi: 1–3 il (müvafiq sahə üzrə)
• Kompüter bilikləri: Microsoft Office proqramları
• Dil bilikləri: Tələb olunmur
• Şəxsi keyfiyyətlər:
• Məsuliyyətli və təşəbbüskar
• Komandada işləmək bacarığı
• Analitik düşüncə və təşkilatçılıq qabiliyyəti
• Yaş həddi: 30–55
• Cins: Kişi
Təklif edirik:
• Stabil iş mühiti
• Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
• Maaş artımı perspektivi
• Əmək haqqı: müsahibə əsasında
• Əmək müqaviləsi: 1 illik (3 ay sınaq müddəti ilə)
• İş yeri: Beyləqan rayonu
Müraciət üçün: CV-nizi vakansiyanın adını mövzu bölməsinə əlavə edərək [email protected] göndərərək vakansiyaya müraciət edə bilərsiniz.