Türkiyə-Azərbaycan Universitetində katib-referent vəzifəsinə vakansiya elan edilir

 

Türkiyə-Azərbaycan Universitetində (TAU) ) rəhbərliyin inzibati fəaliyyətinin səmərəli təşkilini təmin etmək məqsədilə katib-referent vəzifəsinə vakansiya elan edilir.

 

Tələblər:

Ali təhsil;

Katiblik, ofis inzibatçılığı sahədəsində ən azı 2 il iş təcrübəsi;

Azərbaycan dilini mükəmməl, ingilis və türk dilini yaxşı səviyyədə bilmək;

MS Office proqramlarında yüksək işləmək bacarığına malik olmaq;

Yüksək ünsiyyət, təşkilatçılıq, etik davranış və məxfilik prinsiplərinə riayət etmək.

 

Vəzifə öhdəlikləri: 

Rektorun və rəhbərliyin gündəlik iş qrafikini, görüş və qəbul cədvəllərini koordinasiya etmək;

Daxil olan və göndərilən rəsmi sənədlərin qeydiyyatını, icraya yönləndirilməsini və arxivləşdirilməsini təmin etmək;

Rəhbərlik üçün məktublar, protokollar, təqdimatlar və digər sənədləri hazırlamaq;

Telefon zənglərini, elektron yazışmaları və qonaqların qəbulunu peşəkar şəkildə təşkil etmək;

İclasların təşkilini, protokollaşdırılmasını və icra vəziyyətinə nəzarəti həyata keçirmək;

Reklam

Məxfi məlumatların qorunmasını təmin etmək;

Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları icra etmək.

 

 

İş şəraiti:

İş qrafiki: 5 günlük iş həftəsi;

İş saatı: 09:00 – 18:00;

Əmək haqqı: müsahibə əsasında müəyyən olunur.

 

 Müraciət qaydası:

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 

Müraciət üçün son tarix: 15.08.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.