Türkiyə-Azərbaycan Universitetində tələbələrlə iş üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edilir
Türkiyə-Azərbaycan Universitetində (TAU) tələbələrlə iş üzrə mütəxəssis (İTÜ) vəzifəsinə vakansiya elan edilir.
Tələblər:
Ali təhsil (İstanbul Texniki Universitetinin məzunlarına üstünlük verilir);
İngilis dili biliyi (zəruridir);
Türk və rus dillərini bilmək arzuolunandır;
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
Məsuliyyətli, təşəbbüskar və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Tələbələrə göstərilən inzibati xidmətlərin təşkili və koordinasiyası;
Tələbələrin müraciətlərinin qəbulu, cavablandırılması və izlənilməsi;
Akademik və inzibati bölmələrlə koordinasiyanın təmin edilməsi;
Tələbələrin qeydiyyatı, adaptasiyası proseslərinə dəstək göstərilməsi;
Tələbə tədbirlərinin və layihələrinin təşkilində iştirak etmək;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Elektron məlumat bazalarının idarə olunması.
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatı: 09:00 -18:00;
Əmək haqqı: müsahibə əsasında müəyyən olunur.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə, öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 15.08.2026

