VAKANSİYA – TƏHLÜKƏSİZLİK VƏ NƏZARƏT BURAXILIŞ ÜZRƏ NƏZARƏTÇİ
Əsas vəzifə öhdəlikləri:
Müəssisə ərazisində giriş-çıxış rejiminə, ictimai asayişə və təhlükəsizliyə nəzarət etmək, müəyyən edilmiş postlarda və ərazi üzrə patrul zamanı nəzarəti həyata keçirmək;
Daimi, müvəqqəti və birdəfəlik buraxılış sənədlərinin uçotunu və qeydiyyatını aparmaq, kənar şəxslərin məhdud giriş zonalarına icazəsiz daxil olmasının qarşısını almaq;
Avtobusların əraziyə giriş-çıxışına, perronlarda hərəkət və təhlükəsizlik qaydalarına, sərnişinlərin təhlükəsiz minmə və enmə prosesinə nəzarət etmək;
Şübhəli əşyalar, hüquqpozma və fövqəladə hallar zamanı operativ tədbirlər görmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
Növbə zamanı baş verən hadisələr və görülən tədbirlər barədə müvafiq qaydada qeydiyyat aparmaq.
Namizədə tələblər:
Orta təhsil;
Nəzarət, mühafizə və ya xidmət sahəsində iş təcrübəsi (arzuolunandır);
Təhlükəsizlik və giriş-çıxış qaydaları üzrə biliklər, müşahidə və operativ qərarvermə bacarığı;
Diqqətli, intizamlı, məsuliyyətli olmaq, ünsiyyət və stressli vəziyyətlərdə işləmək bacarığı.
İş yeri: Binəqədi rayonu, Sumqayıt şosesi 3.
İş rejimi: Növbəli
Əməkhaqqı: Müsahibə əsasında
CV üçün: [email protected]