"Gənc Şəhər Planlayıcıları" layihəsinə start verilir! 

 

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan “Gənc Şəhər Planlayıcıları” layihəsi həyata keçiriləcək.

 

Layihə çərçivəsində iştirakçılar:

• Şəhər planlaşdırılmasının əsas prinsipləri və müasir şəhərsalma yanaşmaları haqqında məlumat əldə edəcək;

• Davamlı inkişaf, “yaşıl şəhər” və dayanıqlı nəqliyyat konsepsiyaları ilə tanış olacaq;

• Müasir memarlıq həlləri, ekoloji layihələndirmə və enerji səmərəliliyi barədə biliklərini artıracaq;

• Şəhər mühitinin insanların gündəlik həyatına və yaşayış keyfiyyətinə təsirini real nümunələr əsasında araşdıracaq;

• İnklüziv dizayn, eləcə də əlçatan, təhlükəsiz və rahat şəhər mühitinin yaradılması prinsiplərini öyrənəcəklər.

 

 Kimlər müraciət edə bilər?

• 15-26 yaş arası gənclər;

• Şəhərsalma və memarlıq mövzularına maraq göstərənlər;

• Yaşadıqları şəhərin inkişafı ilə bağlı yeni ideyalar formalaşdırmaq istəyənlər;

• Davamlı, inklüziv və müasir şəhər mühiti haqqında bilik və bacarıqlarını inkişaf etdirmək istəyənlər.

 

 Qeydiyyat üçün linkə daxil olun.

️Son qeydiyyat tarixi: 28.09.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.