İncəsənət sahəsində çalışmağın sənə uyğun olub-olmadığından əmin deyilsən? Bunu sınamağın ən yaxşı yollarından biri könüllü olmaqdır.

 

YARAT Könüllülük proqramına müraciətlər açıqdır!

 

Üç ay ərzində YARAT-ın gündəlik fəaliyyətini yaxından tanıyacaq, tədbirlərdə iştirak edəcək, komandaya dəstək verəcək və mədəniyyət təsisatının işini yaxından görəcəksən. Eyni zamanda müasir incəsənət, kino, teatr, musiqi, performans, dizayn və digər yaradıcı istiqamətlərlə tanış olmaq imkanın olacaq.

 

İştirak qrafiki çevikdir. Üç aylıq proqramı başa vurduqdan sonra könüllü fəaliyyətini təsdiq edən sertifikat alacaqsan.

 

Müraciət üçün linkə daxil ol.

Son müraciət tarixi: 1 oktyabr 2026

Yaş həddi: 16+

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.