EDEX Xaricdə Təhsil Mərkəzi xanımlar üçün “ Sosial Media Meneceri” Maaşlı təcrübə proqramı elan edir !
Xaricdə təhsil sahəsində fəaliyyət göstərən komandamıza kreativ və məsuliyyətli Sosial Media Meneceri axtarırıq!
Vəzifə öhdəlikləri:
Sosial media platformalarında (Instagram, TikTok, Facebook və s.) kontent planının hazırlanması və idarə olunması
Xaricdə təhsil ilə bağlı maarifləndirici və satış yönümlü paylaşımların hazırlanması
Auditoriya ilə aktiv ünsiyyət və mesajların cavablandırılması
Analitika və hesabatların hazırlanması
Namizədə tələblər:
Yalnız xanım namizədlər müraciət edə bilərlər.
Sosial media idarəçiliyi üzrə təcrübəsi olanlar
Kreativ düşüncə və kontent ideyaları yaratmaq bacarığı
Azərbaycan dili sərbəst, ingilis dili biliyi üstünlükdür
Dizayn alətləri (Canva və s.) ilə işləmək bacarığı üstünlükdür
Xaricdə təhsil sahəsinə maraq və ya təcrübə üstünlükdür
Təklif edirik:
Namizəd Edex Xaricdə Təhsil Mərkəzində keçirilən yerli və beynəlxalq layihələrin təşkilatçılığında təcrübə qazanacaq. Seçiləcək namizəd keçirilən təlim, kamp, konsert kimi layihələrdə iştirak edəcək, sertifikatlarla təltif olunacaq. Namizəd 2 ayı uğurla başa vursa, daimi işlə təmin olunacaq.
Müraciət:
Müraciət etmək istəyənlər mövzu hissəsinə “SMM Internship” yazaraq CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Qeyd: “Niyə bu təcrübə proqramında iştirak etmək istəyirsiniz?” sualına qısa mail şəklində cavab göndərən namizədlərin CV-lərinə baxılacaq.
İş yeri: Bakı Babək Plaza
İş rejimi: Tam ştat / Hibrid (razılaşma ilə)