EDEX Xaricdə Təhsil Mərkəzi xanımlar üçün "Xaricdə Təhsil Meneceri” Maaşlı təcrübə proqramı elan edir.
Qeyd : Tələbələr üçün nəzərdə tutulmayıb, Tələbə statusu olmayanlar müraciət edə bilər.
Vəzifə öhdəlikləri:
Xaricdə təhsil proqramları üzrə tələbələrə məsləhət vermək
Universitet və dil kursları üzrə uyğun seçimlər təqdim etmək
Sənədlərin hazırlanması və müraciət prosesinin idarə olunması
Viza müraciətləri və müsahibə prosesində dəstək göstərmək
Müştəri bazasının genişləndirilməsi və yeni müraciətlərin cəlb edilməsi
Sosial şəbəkələr və digər platformalarda xidmətlərin tanıdılması
Namizədə tələblər:
Ali təhsil (xaricdə təhsil sahəsində təcrübə üstünlükdür)
Azərbaycan dili – mükəmməl, İngilis dili və Türk dili biliyi üstünlükdür
Ünsiyyət və satış bacarıqları yüksək olmalıdır
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
MS Office proqramlarında işləmə bacarığı
Təklif edirik:
Namizəd Edex Xaricdə Təhsil Mərkəzində keçirilən yerli və beynəlxalq layihələrin təşkilatçılığında təcrübə qazanacaq. Seçiləcək namizəd keçirilən təlim, kamp, konsert kimi layihələrdə iştirak edəcək, sertifikatlarla təltif olunacaq. Namizəd 2 ayı uğurla başa vursa, daimi işlə təmin olunacaq.
Müraciət:
Müraciət etmək istəyənlər mövzu hissəsinə “Xaricdə Təhsil Meneceri Internship” yazaraq CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Qeyd: “Niyə bu təcrübə proqramında iştirak etmək istəyirsiniz?” sualına qısa mail şəklində cavab göndərən namizədlərin CV-lərinə baxılacaq.
İş yeri: Bakı Babək Plaza
İş rejimi: Tam ştat