Bu gün log-ları təhlil edirsiniz, sabah təhlükəsizlik strategiyasını qurursunuz

 Cybernet MMC İnformasiya təhlükəsizliyi üzrə kiçik mütəxəssis (Junior

 Information Security Specialist) axtarır

 Bizimlə real sistemlərdə çalışacaq, təcrübəli həmkarlarınızdan öyrənəcək və

 karyeranızı addım-addım irəli aparacaqsınız.

 

**  Vəzifə öhdəlikləri:**

▫️Security log-ların monitorinqi: Graylog, firewall, antivirus və AD audit

     sistemlərində alert-lərin ilkin təhlili və eskalasiyası, o cümlədən AI

     assistent (Claude) vasitəsilə

▫️Şübhəli fəaliyyətin aşkarlanması və qeydiyyatı (uğursuz login cəhdləri,

     privileged qruplarda dəyişikliklər, qeyri-adi trafik)

▫️Müntəzəm hesabatların hazırlanması: firewall, e-mail (spam/phishing),

     vulnerability scan nəticələri, kritik CVE-lər üzrə xülasə

▫️Yeni serverlərin production-a çıxarılmazdan əvvəl təhlükəsizlik

     yoxlamasında iştirak

▫️Avtomatik scan nəticələrinin (SAST və vulnerability scan) yoxlanılması və

     təhlili: false positive-lərin ayrılması və zəifliklərin aradan qaldırılmasına

     Jira-da nəzarət

▫️Patch statusunun izlənilməsi

▫️Daxili sənədlərin (prosedur, təlimat) hazırlanmasında köməklik

**   Namizədə tələblər:**

 ▫️ İT, informasiya təhlükəsizliyi və ya kompüter mühəndisliyi üzrə ali təhsil

 ▫️ 1–2 il iş təcrübəsi

 ▫️ TCP/IP, DNS, HTTP/HTTPS, NAT və firewall-un iş prinsipi

 ▫️ Windows, Linux və Active Directory biliyi

 ▫️ Phishing, brute-force, OWASP Top 10 və CVE/CVSS anlayışı

 ▫️ AI assistentlərlə işləmək, amma onlara kor-koranə inanmamaq

 Bonus "privilege"-lər: Graylog, Nessus, Palo Alto, Checkmarx təcrübəsi, 

      Python/PowerShell/Bash skriptləri, Security+/CCNA/eJPT sertifikatları və

      CTF yarışlarında iştirak

  İş şəraiti: 5 günlük, 09:00–18:00.

  Peşəkar inkişaf üçün təlimlər və kurslar

  Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma

        yolu ilə təyin olunur

 Növbəti addım:

 CV-nizi [email protected]  ünvanına göndərin.

 Mövzu: "İnformasiya təhlükəsizliyi üzrə kiçik mütəxəssis"

  Son tarix:  10.12.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.