MAMAM CHOCOLATE & BAKERY MMC də yeni məhsulların, resepturaların və istehsal texnologiyalarının hazırlanması, sınaqdan keçirilməsi və təkmilləşdirilməsi üzrə araşdırma və inkişaf fəaliyyətlərini həyata keçirmək. Məhsul sınaqlarının nəticələrini qiymətləndirmək, mövcud məhsulların keyfiyyət və maya dəyəri göstəricilərinin optimallaşdırılmasında, eləcə də yeni texnologiyaların tətbiqində iştirak etmək məqsədilə Araşdırma və inkişaf üzrə kiçik mütəxəssis vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq

 

Ümumi Tələblər

Qida mühəndisliyi, kimya mühəndisliyi, qida texnologiyası və ya müvafiq ixtisas üzrə ali təhsil;

Araşdırma və inkişaf, qida istehsalı və ya texnologiya sahəsində minimum 1 il iş təcrübəsi;

Qida məhsullarının hazırlanması, reseptura və istehsal texnologiyaları üzrə biliklər;

Xammal və qatqı maddələrinin xüsusiyyətləri barədə məlumatlı olmaq;

Məhsul sınaqları, laborator analizlər və nəticələrin qiymətləndirilməsi üzrə bilik və bacarıqlar;

Analitik düşünmə, araşdırma aparmaq, problem həll etmək və texniki sənədləşmə bacarıqları;

MS Office proqramları ilə işləmək bacarığı.

** **

İş Haqqında Məlumat

Yeni məhsulların, resepturaların, istehsal texnologiyalarının və proseslərin hazırlanması üzrə araşdırmalar aparmaq.

Məhsullar üzrə test, sınaq və analizləri həyata keçirmək, nəticələri qiymətləndirmək və təsdiq prosesində iştirak etmək.

Yeni məhsullar üçün resepturalar hazırlamaq, xammal və qatqı nisbətlərini müəyyənləşdirmək.

Məhsulların maya dəyəri üzrə hesablamalar və xərc analizləri aparmaq, test istehsal prosesini izləmək.

Mövcud məhsulların resepturalarını, xammal və qatqı tərkibini təhlil etmək, təkmilləşdirmə və yenilənmə işlərini həyata keçirmək.

Alternativ xammal, qatqı maddələri, təchizatçılar, bazar tendensiyaları və innovativ texnologiyalar üzrə araşdırmalar aparmaq.

Yeni məhsul və texnologiyaların istehsalata tətbiqi üçün sınaq və ilkin istehsal mərhələlərində iştirak etmək.

Ar-Ge cihaz və avadanlıqlarının quraşdırılmasını, texniki baxımını və işlək vəziyyətdə saxlanılmasını təmin etmək.

Araşdırma və sınaq nəticələrini təhlil etmək, texniki sənədləri, resepturaları və müvafiq hesabatları hazırlamaq.

Ar-Ge layihələrinin icrasını izləmək və tapşırıqların müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsində iştirak etmək.

Məhsul və istehsal proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq, aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək.

Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.

 

 İş yeri: Bakı şəhəri

 CV göndərmək üçün: [email protected]

 Mövzu hissəsində: “Araşdırma və inkişaf üzrə kiçik mütəxəssis”

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.