İnsan Resursları üzrə Menecer vakansiyası
Goranboy rayonunda fəaliyyət göstərən “Konstralab İndustries” QSC -nə İnsan Resursları üzrə Menecer vəzifəsinə peşəkar və təcrübəli namizəd axtarılır.
Əsas tələblər:
- İstehsalat müəssisələrində HR sahəsi üzrə 5 ilədək iş təcrübəsi;
- 1C proqramını mükəmməl bilmək və praktiki iş təcrübəsinə malik olmaq;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək qanunvericiliyini mükəmməl bilmək;
- Fasiləsiz istehsalat rejimində iş vaxtının təşkili və uçotu üzrə təcrübə;
- Növbəli iş rejimlərinin və cəmlənmiş iş vaxtı uçotunun idarə edilməsi üzrə bilik və bacarıqlar;
- Əmək münasibətlərinin, kadr kargüzarlığının və HR proseslərinin təşkili;
- Komandanı idarəetmə, təşkilatçılıq və qərarvermə bacarıqları.
İşin xüsusiyyətləri:
- İş yeri: Bakı şəhəri
- Ay ərzində bir neçə dəfə Goranboy rayonuna ezamiyyət olunmaq tələb olunur;
- Əmək haqqı namizədin peşəkar bilik və təcrübəsi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.
Namizədə dair gözləntilər
İstehsalat müəssisələrinin iş prinsiplərini bilən, fasiləsiz istehsalat rejimində HR proseslərinin idarə edilməsində praktiki təcrübəyə malik, məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü mütəxəssis axtarılır.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Menecer” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: