Marketinq üzrə Qış Təcrübə Proqramı

 

“Başkent Restoranlar Şəbəkəsi” marketinq üzrə “Qış Təcrübə Proqramı” qəbul elan edir.

 

Bu proqram sizə,

  • Restoranın real marketinq layihələrində iştirak imkanı,
  • Sosial media və satış təhlili üzrə praktiki təcrübə,
  • Marketinq komandasının dəstəyi ilə inkişaf fürsəti təqdim edir.

 

Proqramı uğurla tamamlayanlara sertifikat təqdim olunacaq. Onlar gələcəkdə “Başkent Restoranlar Şəbəkəsi”ndə iş imkanı da əldə edə bilərlər.

 

Tələblər

  • Marketinq, biznes, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavriat və ya magistratura tələbəsi, yaxud məzunu olmaq
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (mütləqdir)
  • Komandada işləmək bacarığı və yaradıcı düşüncə
  • Təşəbbüskarlıq və öyrənməyə açıqlıq

 

Üstünlük veriləcək tələblər

  • İngilis və rus dillərini bilmək
  • Sosial media platformaları, süni intellekt alətləri (ChatGPT, Gemini, Claude və.s) və Microsoft Office proqramları ilə işləmək bacarığı
  • Telefonla video çəkiliş və CapCut, InShot və ya oxşar tətbiqlərdə montaj etmək bacarığı

 

Proqram şərtləri

  • Müddət: 12 həftə
  • Qrafik: Həftəiçi 5 gün, 09:00–13:00 və ya 14:00–18:00
  • Ödəniş — təcrübəçilərə ödəniş edilir (Maaşlı).

 

Müraciət qaydası

CV-nizi və motivasiya məktubunuzu Məktubun mövzu hissəsində “Marketinq üzrə qış təcrübə proqramı” yazaraq [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.