“Yüksəliş” müsabiqəsi çərçivəsində IV Tələbə Mentorluq Proqramına start verilir!

 

Peşəkar və şəxsi inkişafına dəstək almaq, təcrübəli mentorların biliklərindən yararlanmaq və gələcək karyerana daha hazırlıqlı başlamaq istəyirsənsə, IV Tələbə Mentorluq Proqramına qoşul!

 

Proqramın məqsədi:

Tələbə Mentorluq Proqramı “Yüksəliş” müsabiqəsinin qalibləri ilə III–IV kurs tələbələr arasında bilik və təcrübə mübadiləsinə əsaslanan əlaqələrin qurulması məqsədilə yaradılmışdır. Proqramın əsas məqsədi tələbələrin peşəkar və şəxsi inkişafına dəstək olmaq, onları motivasiya etmək və gələcək karyeraları üçün zəruri bacarıqlar qazanmalarına kömək etməkdir.

 

Proqram çərçivəsində mentorlar öz karyeraları, əldə etdikləri uğurlar və qarşılaşdıqları çətinliklərlə bağlı təcrübələrini və praktiki biliklərini tələbələrlə bölüşərək onlara yol göstərəcəklər. Proqram tələbələrin öz potensiallarını dərk etmələrinə və uğur yolunda inamla irəliləmələrinə töhfə verən bir körpü rolunu oynayır.

 

Həmçinin tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləmək, bilik və bacarıqlarını artırmaq məqsədilə 6 moduldan ibarət təlimlər də keçiriləcək.

 

Kimlər iştirak edə bilər?

Proqramda aşağıdakı tələblərə cavab verən tələbələr iştirak edə bilərlər:

 

•⁠ ⁠Azərbaycan Respublikasının vətəndaşları;

•⁠ ⁠18 yaşını tamamlamış;

•⁠ ⁠Tələbə Mentorluq Proqramına qoşulmuş universitetlərin bakalavriat səviyyəsində təhsil alan III-IV kurs tələbələri;

Tələbə Mentorluq Proqramında iştirak hüququ yalnız bir dəfə verilir.

 

Proqramın müddəti:

 

IV Tələbə Mentorluq Proqramı 2026-cı ilin dekabr ayından 2027-ci ilin iyul ayınadək davam edəcək.

Proqramı uğurla başa vuran iştirakçılara nə təqdim olunur?

Proqramı uğurla başa vuran iştirakçılara “Yüksəliş” müsabiqəsi tərəfindən sertifikat və mentorları tərəfindən tövsiyə məktubu təqdim olunacaq.


Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.