“AZERA Holding ”in tərkibində fəaliyyət göstərən “Sara Lizinq ” MMC peşəkar komandasına Mühasib vəzifəsi üzrə namizədləri dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
* Mühasibat uçotu üzrə məlumatların sistemə vaxtında və dəqiq daxil edilməsi;
* Azərbaycan Respublikasının Mərkəzi Bankının və Dövlət Vergi Xidmətinin tələblərinə uyğun hesabatların hazırlanmasında iştirak edilməsi;
* İllik maliyyə auditi prosesində müvafiq dəstəyin göstərilməsi;
* İdarəetmə hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak edilməsi;
* Mühasibatlıq üzrə gündəlik əməliyyatların icrasına dəstək göstərilməsi;
* Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqların icra edilməsi.
Namizədə dair tələblər:
* Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə ali təhsil;
* Azərbaycan dili üzrə mükəmməl bilik;
* MS Excel, Word, PowerPoint, 1C, Power BI və SQL proqramları üzrə biliklər;
* Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
* Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;
* Çeviklik, effektiv ünsiyyət və komandada işləmək bacarığı;
* İş təcrübəsi mütləq tələb deyil.
İş şəraiti:
İş yeri: Bakı şəhəri
Əməkhaqqı: 800–1000 AZN
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Sara Lizinq – Mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.