Vakansiya: Junior Business Analyst
Komandamızı gücləndirmək və rəqəmsal həllərin hazırlanması prosesində iştirak etmək istəyən Junior Business Analyst axtarırıq!
** Əsas vəzifə öhdəlikləri:**
Biznes istifadəçiləri və sifarişçilərdən tələblərin toplanmasında iştirak etmək;
Mövcud biznes proseslərini araşdırmaq və təhlil etmək;
Biznes tələblərini strukturlaşdırmaq və sənədləşdirmək;
Technical Specification, User Story və Use Case sənədlərinin hazırlanmasında iştirak etmək;
BPMN və UML diaqramlarının hazırlanmasına dəstək göstərmək;
Proqram təminatının test edilməsi və nəticələrin yoxlanılmasında iştirak etmək;
Proqramçılar, QA mühəndisləri və digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək;
Layihə sənədlərini hazırlamaq və mütəmadi yeniləmək.
** Namizədə dair tələblər:**
Ali təhsil (İT, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr);
Biznes analitikası və ya əlaqəli sahədə 0–1 il iş təcrübəsi;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Biznes tələblərinin toplanması və sənədləşdirilməsi üzrə ilkin biliklər;
BPMN və UML üzrə baza bilikləri;
MS Office, xüsusilə Excel və Word proqramları ilə işləmək bacarığı;
Jira, Confluence və ya analoji alətlər üzrə ilkin biliklər;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Rus dili biliyi üstünlükdür;
Komanda ilə işləmək, məsuliyyətlilik və öyrənməyə həvəs.
** İş şəraiti:**
İş günləri: Bazar ertəsi – Cümə;
İş saatları: 08:00–17:00;
İstirahət günləri: Şənbə və bazar;
Bayram və digər qeyri-iş günləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək.
Müraciət etmək istəyən namizədlər CV-lərini [email protected] vasitəsilə göndərə bilərlər.