Diqqət, müsabiqə var!
Əziz izləyicilər!
Bildiyiniz kimi, İsmayıllı şəhəri 2027-ci il üçün ölkəmizin “Gənclər Paytaxtı” seçilib. Bununla əlaqədar olaraq, Gənclər və İdman Nazirliyi “Gənclər Paytaxtı”nın loqo müsabiqəsini elan edir!
Siz də müsabiqədə iştirak etmək istəyirsinizsə, loqo dizaynlarınızı 10 dekabr 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.
Müsabiqənin qalibi beynəlxalq gənclər mübadilə proqramında iştirak imkanı əldə edəcək!
Yaradıcılığını nümayiş etdir və İsmayıllının 2027-ci il “Gənclər Paytaxtı” loqosunun müəllifi ol!
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.