Bakı üzrə İnsan Resursları üzrə mütəxəssis vakansiyası
Kadr sənədləşməsi, ƏMAS və İSB platformalarında iş bacarığı olan namizədlər müraciət edə bilər.
Namizədə dair tələblər:
Ali təhsilli olması
İnsan Resursları sahəsində ən azı 1 il iş təcrübəsi
Yüksək səviyyədə ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı
ƏMAS (Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi) və İSB (İcbari Sığorta Bürosu) platformalarında sərbəst işləmək bacarığı
Məsuliyyətli, dəqiq və detallara diqqətli olmaq
MS Office proqramlarını yaxşı səviyyədə bilmək mütləqdir
Əsas vəzifə öhdəlikləri:
Müvafiq kadr əmrlərinin hazırlanması və sistemə daxil edilməsi: işə qəbul, işdən azad, əmək məzuniyyəti, vəzifə və əməkhaqqı dəyişiklikləri
Məzuniyyət cədvəlinə nəzarət etmək və əməkdaşların məzuniyyətlərindən vaxtında və düzgün istifadə etməsini təmin etmək
Müxtəlif arayışların hazırlanmasını və verilməsini təmin etmək
Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatları həyata keçirmək
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
5 günlük iş qrafiki
Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.