Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin Corc Vaşinqton Universiteti (CVU) arasında həyata keçirilən ikili diplom magistr proqramı “Təşkilati Davranış” və “Maliyyə resursalarının idarə edilməsi” fənləri üzrə müəllim vakansiyası elan edir.

 

Proqram haqqında

 

Təhsil Menecmenti və İnsan İnkişafı üzrə magistratura səviyyəsində İkili Diplom Proqramı Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Corc Vaşinqton Universiteti (CVU) arasında əməkdaşlıq çərçivəsində təsis edilmişdir. Proqramın əsas məqsədi qabaqcıl elmi nailiyyətlərdən və innovativ tədris texnologiyalarından faydalanmaqla, Azərbaycanda təhsil menecmenti, inkişafı və liderlik sahələrində yeni nəsil yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, eləcə də beynəlxalq ikili diplom proqramı vasitəsilə Azərbaycan ali təhsil sisteminin məzmununun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsidir.

Proqramı uğurla başa vuran məzunlara hər iki universitet tərəfindən diplom təqdim olunur.

 

Vəzifənin qısa təsviri

Dəvətli müəllim 2027-ci ilin yaz semestrində 26 nəfər magistrantdan ibarət qrupa müvafiq fənn üzrə tədris həyata keçirəcəkdir. Müəllimlə 4 ay müddətini əhatə edən bir semestrlik əmək müqaviləsi bağlanacaqdır.

Fənn üzrə ümumi tədris yükü 45 akademik saat təşkil edir və semestr ərzində bölüşdürülür. Dərslərin ilkin qrafiki həftədə 2-3 dəfə nəzərdə tutulur. Dərslər saat 18:45-dən sonra keçiriləcəkdir. Yekun dərs cədvəli layihənin idarəetmə komandası ilə razılaşdırılaraq təsdiq ediləcəkdir.

Dəvətli müəllimin işə qəbulu Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən həyata keçiriləcəkdir.

 

Vəzifə öhdəlikləri

 

•    Fənn üzrə tədris materiallarının və sillabusun vaxtında hazırlanması və təqdim edilməsi;

•    Tələbələrin tapşırıqlarının vaxtında qiymətləndirilməsi və müvafiq əks-əlaqənin (rəy və tövsiyələrin) təmin edilməsi;

•    Tələbələrin davamiyyətinin və akademik irəliləyişinin izlənilməsi və müvafiq hesabatların hazırlanması;

•    Tələbələrə akademik və peşəkar dəstəyin göstərilməsi;

•    Ev tapşırıqlarının və imtahanların hazırlanması və təyin edilməsi;

•    Layihə komandası və digər maraqlı tərəflərlə açıq və səmərəli işgüzar münasibətlərin qurulması və qorunması;

•    Rəhbərlik tərəfindən həvalə edilən digər müvafiq vəzifələrin yerinə yetirilməsi;

•    Dəstəkləyici və müsbət tədris mühitinin yaradılması.

 

Namizədə dair tələblər

•    Müvafiq sahə üzrə ən azı magistr dərəcəsi (elmi dərəcə – PhD – üstünlük hesab olunur);

•    Ali təhsil müəssisəsində, üstünlük olaraq tədris sahəsində minimum 3 il iş təcrübəsi;

•    Müvafiq sahə üzrə təsdiq olunmuş bilik və peşəkar nailiyyətlər;

•    Yüksək kommunikasiya bacarıqları (şifahi və yazılı);

•    Azərbaycan və ingilis dillərini sərbəst bilmək;

•    MS Office proqramlarından (Teams, Excel, Word, PowerPoint və digər müvafiq proqramlar) istifadə üzrə yüksək səviyyədə bacarıqlar.

 

Müraciət qaydası və əməkhaqqı

 

Maraqlanan namizədlərdən akademik nəşrlərinin siyahısını və müvafiq tədris təcrübəsini əks etdirən CV-lərini, üstünlük olaraq Word və ya PDF formatında, elektron poçt vasitəsilə [email protected]  ünvanına göndərmələri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində vakansiyanın adı qeyd edilməlidir.

Yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün son tarix: 04.12.2026

ADPU-CVU İkili Diplom Proqramı rəqabətədavamlı əməkhaqqı və yüksək standartlara cavab verən cəlbedici əmək şəraiti təklif edir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.